Hakimlərin təlim-tədris prosesinin təşkili üzrə İşçi Qrup yaradılıb

Daxili siyasət
  • 01 oktyabr, 2025
  • 10:29
Hakimlərin təlim-tədris prosesinin təşkili üzrə İşçi Qrup yaradılıb

2025-ci ilin sentyabrın 30-da Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

Şurada "Report"a bildirilib ki, iclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov məhkəmə-hüquq sahəsində aparılan islahatlar, ədalət mühakiməsinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi istiqamətində görülmüş işlər və hazırda icraatda olan layihələr barədə məlumat verib.

İclasda "Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi qaydaları və metodologiyası" və "Azərbaycan Respublikası məhkəmələri tərəfindən xüsusi məlumatların verilməsi Qaydaları" layihələri ətrafında müzakirələr aparılıb və təsdiq edilib. Həmçinin, "Hakimlərin təlim-tədris prosesinin təşkili üzrə İşçi Qrup"un yaradılması qərara alınıb.

Eyni zamanda, intizam icraatlarının başlanılması və kadr məsələləri ilə bağlı müvafiq qərarlar da qəbul edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti