Gürcüstanda azərbaycanlıların soyadları ilə bağlı imza toplanır
Daxili siyasət
- 02 avqust, 2021
- 12:54
Gürcüstanda azərbaycanlıların soyadlarından “ov” və “yev” sonluqlarının götürülməsi ilə bağlı imzatoplama kampaniyasına başlanılıb.
“Report”un yerli bürosu xəbər verir ki, imzalar iki gün ərzində Tbilisidə, daha sonra isə bölgələrdə toplanacaq.
Tələb olunan 25 min imzanın yığılması üçün 45 gün müəyyən olunub. Kampaniyada istənilən Gürcüstan vətəndaşı iştirak edə bilər.
Qeyd edək ki, bu gün Gürcüstan parlamentinin Prosedur məsələlər və qaydalar Komitəsində ölkədə yaşayan azərbaycanlıların təşəbbüs qrupu qeydiyyata alınıb. Qrup üzvləri “ov”, “yev” və digər qeyri-autentik soyad sonluqlarından imtina edirlər və özlərinin əsl, autentik soyadlarının bərpasını istəyirlər. İmzalar toplanandan sonra parlamentə təqdim olunacaq.
Son xəbərlər
17:08
Bibiheybət yolunda hərəkət tam məhdudlaşdırılacaq
İnfrastruktur16:47
Foto
Ötən gün Tərtərdə törədilən qətlin təfərrüatları məlum olub - YENİLƏNİB
Hadisə16:28
Mbappe "Real"ın son məşqində iştirak etməyib
Futbol16:25
Azərbaycanın İrandakı Səfirliyi fəaliyyətini bərpa edib
Xarici siyasət15:39
Kros qaçışı üzrə Azərbaycan çempionatı keçirilib
Fərdi15:31
"Ümid-Babək" yatağının ehtiyatlarının yeni mərhələdə qiymətləndirilməsinə dair sənəd imzalanıb
Energetika15:29
Macarıstanda parlament seçkilərində rekord fəallıq qeydə alınıb - YENİLƏNİB
Digər ölkələr15:16
Naxçıvanda XI siniflər üçün dördüncü buraxılış qiymətləndirmə monitorinqi keçirilib
Elm və təhsil14:57