Göyçayda Birinci Qarabağ müharibəsinin itkin şəhidi dəfn olunub - YENİLƏNİB

Daxili siyasət
  • 12 sentyabr, 2025
  • 12:59
Göyçayda Birinci Qarabağ müharibəsinin itkin şəhidi dəfn olunub - YENİLƏNİB

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 32 il sonra tapılan Ayaz Əsgəralı oğlu Zərbəliyev dəfn edilib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşinin qalıqları Göyçay şəhəri Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Göyçay şəhərində Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 32 il sonra tapılan Ayaz Əsgəralı oğlu Zərbəliyevlə vida mərasimi keçirilib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, rayonun rəsmi şəxsləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

A.Zərbəliyev 1969-cu il yanvarın 30-da anadan olub. 1993-cü il martın 29-da Kəlbəcər rayonunun Çərəkdar kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb.

Şəhidin nəşinin qalıqları Göyçay şəhəri Şəhidlər xiyabanında dəfn olunacaq.