Gənclər və idman nazirinə yeni müavin təyin edilib

Daxili siyasət
  • 01 mart, 2018
  • 12:23
Gənclər və idman nazirinə yeni müavin təyin edilib
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sabiq icraçı direktoru Fərhad Hacıyev
Report

Bakı. 1 mart. REPORT.AZ/ Gənclər və idman naziri Azad Rəhimova yeni müavin təyin edilib.

“Report”un məlumatına görə, bu vəzifəyə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sabiq icraçı direktoru Fərhad Hacıyev təyin olunub. F.Hacıyev Prezident İlham Əliyevin sərəncamı ilə açılan nazirin üçüncü müavini ştatında fəaliyyət göstərəcək. 

Qeyd edək ki, gənclər və idman naziri Azad Rəhimovun digər müavinləri İntiqam Babayev və İsmayıl İsmayılovdur. 

44 - Tezliklə