Gələn il üçün Azərbaycan Nazirlər Kabinetinə ayrılacaq vəsaitin həcmi açıqlanıb

Daxili siyasət
  • 21 noyabr, 2016
  • 07:49
Gələn il üçün Azərbaycan Nazirlər Kabinetinə ayrılacaq vəsaitin həcmi açıqlanıb

Bakı. 21 noyabr. REPORT.AZ/ 2017-ci ildə Azərbaycan Nazirlər Kabinetinə 10 023 891 manat vəsait ayrılacaq.

“Report”un xəbərinə görə, bu barədə "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi" layihəsində bildirilib.

Bu rəqəm 2016-cı ildə 8 945 453 manat olub.

2017-ci ildə ayrılacaq vəsait 2016-cı il ilə müqayisədə 1 078 438 manat çoxdur.