Gələn il MSK-ya 275,5 min manat artıq vəsait ayrılacaq

Daxili siyasət
  • 22 noyabr, 2016
  • 08:50
Gələn il MSK-ya 275,5 min manat artıq vəsait ayrılacaq

Bakı. 22 noyabr. REPORT.AZ/ 2017-ci ildə Azərbaycan Mərkəzi Seçki Komissiyasına (MSK) 2 milyon 338 min 626 manat vəsait ayrılacaq.

“Report”un xəbərinə görə, bu barədə "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi" layihəsində bildirilib.

Bu rəqəm 2016-cı ildə 2 milyon 63 min 62 manat olub.

2017-ci ildə ayrılacaq vəsait 2016-cı il ilə müqayisədə 275 min 564 manat çoxdur.