Bu il Ağdam şəhərinə və 3 kəndə 10 minə yaxın əhalinin köçürülməsi nəzərdə tutulub

Daxili siyasət
  • 26 fevral, 2025
  • 10:14
Bu il Ağdam şəhərinə və 3 kəndə 10 minə yaxın əhalinin köçürülməsi nəzərdə tutulub
Emin Hüseynov

Bu il ərzində Ağdam şəhərinin ətrafında olan 3 kənd və Ağdam şəhərinin özünə 10 minə yaxın əhalinin köçürülməsi nəzərdə tutulub.

"Report"un məlumatına görə, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında deyib. 

O qeyd edib ki, 2026-cı ilin sonuna qədər nəzərdə tutulan 5 məhəllədən 4-nə köçə start verməklə, Ağdam şəhərinə 20 mindən çox əhalinin köçürülməsi nəzərdə tutulur. 

Xatırladaq ki, Ağdam şəhərində ümumilikdə 5 məhəllənin tikintisi nəzərdə tutulub.