Gələn ay Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq
Daxili siyasət
- 03 may, 2018
- 10:26
Bakı. 3 may. REPORT.AZ/ İyun ayında Azərbaycan xalqının Milli Qurtuluş günü və Ramazan bayramı ilə əlaqədar ardıcıl 5 qeyri-iş günü olacaq.
“Report”un xəbərinə görə, iyunun 15-də Milli Qurtuluş günü ilə əlaqədar qeyri-iş günüdür. Ayın 15-16-da isə ölkədə Ramazan bayramı qeyd olunacaq.
Əmək Məcəlləsinə əsasən, iyunun 15-də Milli Qurtuluş günü ilə Ramazan bayramı eyni günə düşdüyündən, bundan başqa, iyunun 16-sı da şənbə gününə təsadüf etdiyindən ayın 18-19-da da iş olmayacaq.
Beləliklə, ölkədə ardıcıl - iyunun 15-i, 16-sı, 17-si (bazar günü), 18-i, 19-u qeyri-iş günüdür. Növbəti iş günü iyunun 20-də olacaq.
İyunun 26-sı isə Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü olduğundan həmin gün qeyri-iş günüdür.
Son xəbərlər
11:35
"ASAN xidmət"də 100 milyonuncu müraciəti edilmiş körpənin anası: Təəccüblü və sevindirici haldır
Daxili siyasət11:35
Foto
"ASAN xidmət"ə 100 milyonuncu müraciət qeydə alınıb
Sosial müdafiə11:34
Şahin Diniyev: "Qarabağ" və "Vestri" arasında səviyyə fərqi aşkar nəzərə çarpırdı"
Futbol11:25
İqtisadi sahədəki bəzi cinayətlərə görə məsuliyyətin ləğv edilməsi son oxunuşda qəbul edilib
Milli Məclis11:25
Son 14 ildə "ASAN xidmət" mərkəzlərində 9,2 milyon vətəndaşa xidmət göstərilib
Sosial müdafiə11:23
Foto
Azərbaycanın diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə rəsmi qəbul olub
Daxili siyasət11:23
ADB Azərbaycanın 2026-2027-ci illə üçün iqtisadi artım proqnozunu açıqlayıb
Maliyyə11:22
Pirşağıda obyektdən 6 min manatlıq oğurluq olub
Hadisə11:20