FHN rəsmisi: Mexanikləşdirilmiş attraksionlar təhlükəli obyektlər olduğu üçün dövlət qeydiyyatına alınmalıdır

Daxili siyasət
  • 18 mart, 2025
  • 12:52
FHN rəsmisi: Mexanikləşdirilmiş attraksionlar təhlükəli obyektlər olduğu üçün dövlət qeydiyyatına alınmalıdır
Sahil Mənsimov

Mexanikləşdirilmiş attraksionlar təhlükəli obyektlər olduğu üçün həmin qurğular dövlət qeydiyyatına alınmalı və istismara buraxılmamışdan əvvəl texniki sənədləri Fövqəladə Hallar Nazirliyinə təqdim olunmalıdır.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyi (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müffətişliyinin rəisi Sahil Mənsimov deyib.

O bildirib ki, attraksionların fəaliyyətinə icazəni FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi verir:

"Bu gün Dənizkənarı Bulvar İdarəsinin balansında olan attraksionlara baxış keçirildi. Bu obyektlərdə monitorinqlər zamanı onların istismara yararlı olduğu və tibbi müayinədən keçmiş operatorlar tərəfindən idarə edildiyi müəyyənləşib. 

Sözügedən qurğular zavod istehsalıdır. Qeyri-standart attraksionların istismarına icazə verilmir. Sahibkar bu attraksionlara vaxtlı-vaxtında texniki baxış keçirməlidir. Biz həmin attraksionlara dövlət nəzarətini həyata keçiririk".