Fəzail Ağamalı 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Daxili siyasət
  • 25 avqust, 2022
  • 13:40
Fəzail Ağamalı 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Fəzail Ağamalı

Fəzail Rəhim oğlu Ağamalı 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

"Report" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

O, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.

Qeyd edək ki, F.Ağamalı Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədridir. Sabah onun 75 yaşı tamam olur.