Fərid Şəfiyev: Azərbaycanın media məkanında xarici siyasət üzrə ixtisaslaşmış ekspertlərin inkişafı zəruridir

Daxili siyasət
  • 05 noyabr, 2025
  • 11:13
Fərid Şəfiyev: Azərbaycanın media məkanında xarici siyasət üzrə ixtisaslaşmış ekspertlərin inkişafı zəruridir

Azərbaycanın media məkanında xarici siyasət üzrə ixtisaslaşmış ekspertlərin inkişafı zəruridir.

"Report" xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev "Konstitusiya və Suverenlik İli" ilə bağlı keçirilən dəyirmi masada deyib.

Onun sözlərinə görə, hətta bununla bağlı xarici ölkələrdən gənclər təcrübə proqramlarına cəlb olunur:

"Bu məqsədlə mərkəzdə mütəmadi olaraq gənc ekspertlərə təcrübələr keçmək üçün imkanlar yaradılır. Hətta bizə xarici ölkələrdən də gənclər müraciət edirlər".

F.Şəfiyev həmçinin qeyd edib ki, "Konstitusiya və Suverenlik İli"nin bu il qeyd olunması xüsusi əhəmiyyət daşıyır:

"Konstitusiyamız qəbul olunanda torpaqlarımız işğal altında idi. Artıq Azərbaycanın suverenliyi bütün azad torpaqlarımızda elan olunur".

Son xəbərlər

Bütün Xəbər Lenti