Fərid Məmmədov: Avropanın bir sıra ölkələrində DOST modeli çərçivəsində işlər aparılır

Daxili siyasət
  • 09 iyul, 2026
  • 16:54
Fərid Məmmədov: Avropanın bir sıra ölkələrində DOST modeli çərçivəsində işlər aparılır

Avropanın bir sıra ölkələrində DOST modeli çərçivəsində işlər aparılır.

"Report" xəbər verir ki, bunu DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, hazırda Moldovanın 10 şəhərində DOST indeksi üzrə qiymətləndirmələr aparılır, Moldovadan başqa oxşar fəaliyyət Özbəkistanda da icra olunur.

Sədr deyib ki, DOST modelinin Xorvatiyanın Zaqreb şəhərində "bir pəncərə" modelinin qurulması istiqamətində ilk layihəyə başlanılıb:

"Xorvatiyada bu istiqamətdə işlərə start vermişik. Bir müddətdir ki, Rumıniyada biz bu işləri davam edirik və həmkarlarımıza texniki dəstək göstəririk. ​Eyni zamanda, Serbiyada da buna bənzər fəaliyyət qurmuşuq və sosial sahədə fəaliyyət göstərən müxtəlif dövlət qurumları ilə mübadilə işləri aparırıq".

Fərid Məmmədov əlavə edib ki, Afrikanın müxtəlif ölkələri DOST modelinə maraq göstərir:

"İnklüziv inkişaf və yaradıcılıq istiqamətdə Efiopiya ilə Azərbaycan arasında mübadilə aparılır".