Fəaliyyət Planı Azərbaycanın rəqəmsal dövlət və rəqəmsal iqtisadiyyat quruculuğunda yeni mərhələyə keçididir - RƏY
- 02 iyul, 2026
- 12:39
Yeniliklərdən dərhal xəbərdar olun!
Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı Azərbaycanın rəqəmsal dövlət və rəqəmsal iqtisadiyyat quruculuğunda yeni mərhələyə keçidini ifadə edir.
Bu fikri "Report"a Milli Məclisin deputatı Tahir Mirkişili deyib.
Onun sözlərinə görə, sənədin əsas mahiyyəti ondan ibarətdir ki, dövlət xidmətləri vətəndaşa daha yaxın, daha sürətli və daha əlçatan formada təqdim olunsun:
Əsas məqsəd odur ki, vətəndaş eyni məlumatı müxtəlif qurumlara təkrar təqdim etməsin, xidmət almaq üçün qapı-qapı gəzməsin, dövlət isə onun ehtiyacını daha tez və daha səmərəli şəkildə müəyyən edə bilsin.
Bu, həm bürokratiyanı azaldacaq, həm şəffaflığı artıracaq, həm də dövlət xidmətlərinə inamı gücləndirəcək".
Deputat vurğulayıb ki, Fəaliyyət Planı biznes üçün də yeni imkanlar yaradır:
"Rəqəmsal xidmətlərin genişlənməsi, açıq məlumatlardan istifadə, startap və innovasiya ekosisteminin inkişafı, İKT ixracının təşviqi qeyri-neft sektorunda əlavə dəyərin artmasına xidmət edəcək, sahibkarların xərcini və vaxt itkisini xeyli azaıdacaq.
Yekun olaraq, bu platforma vətəndaş üçün rahat xidmət, biznes üçün az bürokratiya, dövlət üçün səmərəli idarəetmə, ölkə üçün isə daha rəqabətqabiliyyətli iqtisadiyyat deməkdir".