Əziz Seyidov and içərək vəzifəsinin icrasına başlayıb - ƏLAVƏ OLUNUB

Daxili siyasət
  • 28 aprel, 2017
  • 16:53
Əziz Seyidov and içərək vəzifəsinin icrasına başlayıb - ƏLAVƏ OLUNUB

Bakı. 28 aprel. REPORT.AZ/ Ramiz Rzayevin sədrliyi ilə Ali Məhkəmənin Plenumu keçirilib.

"Report"un əldə etdiyi məlumata görə, Ali Məhkəmənin yeni seçilmiş hakimi Əziz Seyidov Plenum sədri və üzvləri qarşısında and içərək vəzifəsinin icrasına başlayıb. 

Qeyd edək ki, Ə.Seyidov aprelin 25-də Milli Məclisin qərarı ilə Ali Məhkəmənin hakimi vəzifəsinə seçilib. 

Xatırladaq ki, Ə.Seyidov 2007-2017-ci illərdə Baki şəhər prokuroru vəzifəsində çalışıb.