Emin Hüseynov: Ağdam sülhün, təhlükəsizliyin və gələcəyə inamın rəmzinə çevrilir
- 16 sentyabr, 2026
- 10:18
Yeniliklərdən dərhal xəbərdar olun!
Əgər Ağdam şəhəri vaxtilə dağıntı və kədərin simvolu, "Qafqazın Hiroşiması" kimi xarakterizə olunurdusa, bu gün o, sülhün, təhlükəsizliyin və gələcəyə inamın rəmzinə çevrilir.
"Report"un Ağdama ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarındakı xüsusi nümayəndəsi Emin Hüseynov Ağdam Cümə məscidində keçirilən Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransla əlaqədar tədbirdə deyib.
O, həmçinin qeyd edib ki, Ağdam şəhər məscidi Qarabağın bütün simvollarını özündə birləşdirməklə yanaşı, yerli sakinlər və şəhərə səfər edən insanlar üçün mühüm ibadət və ziyarət mərkəzidir.
"Həmçinin XVIII əsrə aid Ağdam rayonunun Yusifcanlı kənd məscidinin, Qarabağ xan sülaləsinə aid türbələrin yerləşdiyi İmarət Tarix-Memarlıq Muzeyi Kompleksinin bərpası da Azərbaycan dövlətinin dini-mədəni irsimizə həssas münasibətinin nümunəsidir", - E.Hüseynov vurğulayıb.