Elmin Məmmədov: Bəzi platformalar istifadəçi məxfiliyini təmin etmir
- 18 iyun, 2026
- 15:49
Bəzi platformalar istifadəçi məxfiliyinin təmin olunması ilə bağlı çərçivədən kənara çıxır.
"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov "Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər" mövzusunda ictimai dinləmədə deyib.
O qeyd edib ki, Sosial Tədqiqatlar Mərkəzinin ölkə üzrə 1100 respondent arasında keçirdiyi sorğunun nəticələri də cəmiyyətin rəqəmsal mühitdə uşaqların təhlükəsizliyi ilə bağlı narahatlığını təsdiqləyib:
"Respondentlərin 50 faizdən çoxu rəqəmsal mühitin uşaqlara təsirini zərərli hesab edir, yalnız bir faizdən az hissə bunu faydalı sayır. Sosial şəbəkələrdə ən vacib məsələlərdən biri fərdi məlumatların qorunmasıdır. Hazırda bir sıra platformalar istifadəçi məxfiliyinin təmin olunması ilə bağlı çərçivədən kənara çıxır, hədəfli reklam mexanizmlərindən istifadə edirlər. Bu isə uşaqların zərərli informasiyaya daha asan şəkildə cəlb olunması riskini artırır".
E.Məmmədov vurğulayıb ki, Azərbagcan beynəlxalq təcrübəni öyrənərək real nəticələrə əsaslanan milli yanaşma formalaşdırmağa çalışır:
"Valideyn nəzarətinin gücləndirilməsi ilə bu sahədə kifayət qədər müsbət nəticələr əldə etmək mümkündür. Hazırda Milli Məclisdə müzakirəsi davam edən qanun layihəsi də uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin edilməsinə yönəlib".