Əli Həsənov: "Azərbaycanda vətəndaş cəmiyyəti institutları sərbəst fəaliyyət göstərir"

Daxili siyasət
  • 22 iyun, 2018
  • 15:28
Əli Həsənov: Azərbaycanda vətəndaş cəmiyyəti institutları sərbəst fəaliyyət göstərir
Report/Elçin Murad

Bakı. 22 iyun. REPORT.AZ/ “Azərbaycanda 1995-ci ildən baş tutan seçkilər çoxpartiyalı sistem əsasında şəffaf formada keçirilib”.

“Report”un məlumatına görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaranmasının 10 illiyi münasibətilə keçirilən yubiley mərasimində deyib.

Onun sözlərinə görə, Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının bərqərar olması həyata keçirilən siyasətin prioritet istiqamətlərindən biri olub: "Ölkədə QHT institutları sərbəst fəaliyyət göstərir. Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması ilə QHT hərakatına dəstək verildi”.

Ə.Həsənov həmçinin vurğulayıb ki, ölkədə azad media formalaşıb.