Əli Əhmədov: "Gənclər prezident seçkisinin yüksək səviyyədə keçməsi üçün fədakarlıq etməlidirlər"
- 01 fevral, 2018
- 07:36
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 1 fevral. REPORT.AZ/ Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin 2017-ci ildəki fəaliyyətinin yekunlarına və 2 fevral - Gənclər Gününə həsr olunan tədbir keçirilib.
"Repor"ın məlumatına görə, tədbirdə Baş nazirin müavini, YAP sədr müavini-icra katibi Əli Əhmədov, deputatlar, dövlət və hökumət rəsmiləri, YAP-ın gənc üzvləri iştirak ediblər.
Ə.Əhmədov deyib ki, YAP-ın gənc üzvləri hakim partiyanı layiqincə təmsil edir və onlar partiyanın layiqli varisləridir. Onun sözlərinə görə, gənclərin qarşısında duran mühüm vəzifələrdən biri ictimai-siyasi həyatda fəal iştirak etmələridir: "Bu ilin oktyabr ayında prezident seçkiləri keçiriləcək. Yeni Azərbaycan Partiyası növbəti dəfə Prezident İlham Əliyevin namizədliyini irəli sürəcək. İlham Əliyevin cəmiyyətdəki yüksək reytinqi onun qələbəsi üçün əsas yaradır. Gənclər də seçkilərin yüksək səviyyədə keçməsi üçün fədakarlıq etməlidir. Əminəm ki, gənclər bunu dərk edirlər və hər cür fədakarlıq edəcəklər".