Ekspert: Fəlakətlərdən sonra bərpa prosesi bərabərsizliyi dərinləşdirməməlidir

Daxili siyasət
  • 21 may, 2026
  • 14:22
Ekspert: Fəlakətlərdən sonra bərpa prosesi bərabərsizliyi dərinləşdirməməlidir

Təbii fəlakətlərdən sonra bərpa prosesləri çox vaxt həssaslığa, sosial bərabərsizliyə və şəhər inkişafının qeyri-davamlı modellərinə gətirib çıxarır.

"Report"un məlumatına görə, bunu "Royal Town Planning Institute"un vitse-prezidenti Samer Baqin Bakıda keçirilən WUF13-də bəyan edib.

Onun sözlərinə görə, təbii və antropogen fəlakətlər getdikcə daha tez-tez baş verir və daha az proqnozlaşdırıla bilən hala gəlir.

Baqin qeyd edib ki, iqlim dəyişikliyi, ətraf mühitin deqradasiyası, sürətli urbanizasiya və məcburi miqrasiya şəhərlər və planlaşdırma sistemləri üçün yeni qlobal çağırışlar formalaşdırır.

RTPI nümayəndəsinin sözlərinə görə, şəhər planlaşdırması şəhərlərdə və yaşayış məntəqələrində həssaslığın azaldılmasında və ədalətin təmin edilməsində mühüm rol oynayır.

O, həmçinin qeyd edib ki, təbii fəlakətlərdən sonra insanlara evlərinə qayıtmaq üçün çox vaxt aylar və hətta illər lazım olur, bunun səbəblərindən biri isə sığorta mexanizmləri tərəfindən kifayət qədər dəstəyin olmamasıdır.

Baqin şəhər planlaşdırması mütəxəssisləri, maliyyə institutları, sığorta şirkətləri, xeyriyyə təşkilatları və dövlət qurumları arasında daha sıx əməkdaşlığın zəruriliyini bəyan edib.

44 - Tezliklə