​Ədliyyə Nazirliyi Müsavat Partiyasının qurultayla bağlı müraciətini cavablandırıb

Daxili siyasət
  • 16 yanvar, 2015
  • 05:59
​Ədliyyə Nazirliyi Müsavat Partiyasının qurultayla bağlı müraciətini cavablandırıb

Bakı. 16 yanvar. REPORT.AZ/ Azərbaycan Ədliyyə Nazirliyi Müsavat Partiyasının ötən il sentyabrın 27-də keçirilən qurultayı ilə bağlı müvafiq məlumatların dövlət reyestrinə daxil edilməsi üçün etdiyi müraciəti cavablandırıb.

Bu barədə "Report"a partiya başqanının müavini Elman Fəttah məlumat verib.

O bildirib ki, nazirlik partiyanın qurultayının nəticələrinə dair sənədləşmə prosedurunu yekunlaşdırıb.

Qeyd edək ki, partiyanın VIII qurultayında başqanlığa namizəd Arif Hacılı 228 səslə qalib olub.