Ədliyyə naziri Tərtərdə vətəndaş qəbulu keçirəcək

Daxili siyasət
  • 03 oktyabr, 2017
  • 14:36
Ədliyyə naziri Tərtərdə vətəndaş qəbulu keçirəcək
Ədliyyə naziri Fikrət Məmmədov

Bakı. 3 oktyabr. REPORT.AZ/ Ədliyyə naziri Fikrət Məmmədov oktyabrın 6-da Tərtər rayonunda vətəndaş qəbulu keçirəcək.

Nazirliyin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbul Tərtər rayonunda, Heydər Əliyev Mərkəzində (ünvan: Tərtər şəhəri, Nizami küçəsi) baş tutacaq.

Görüşdə Tərtər, Bərdə və Ağdam rayonlarından olan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

44 - Tezliklə