Ədliyyə naziri: Azərbaycanda hüquqşunas çatışmazlığı var

Daxili siyasət
  • 05 fevral, 2026
  • 12:11
Ədliyyə naziri: Azərbaycanda hüquqşunas çatışmazlığı var

Azərbaycanda hazırda hüquqşunas çatışmazlığı var, təhsil müəssisələrindən hər il 1400 nəfər bu ixtisas üzrə məzun olur.

"Report" xəbər verir ki, bunu ədliyyə naziri Fərid Əhmədov "LEGIS" Beynəlxalq Hüquq Forumunda deyib.

Nazir bildirib ki, həmin məzunların 600-ü ixtisaslaşmış təhsil müəssisələrini bitirir:

"Bu sırada Polis Akademiyası, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası, Gömrük Akademiyası və digər təhsil müəssisələrini misal çəkmək olar. Azərbaycanda ümumilikdə hər 100 min vətəndaşa 14 hüquqşunas düşür. Digər ölkələrlə müqayisədə hüquqşünasların sayında kifayət qədər problemlər var və azlıq təşkil edir. Vəkillərin sayına baxanda isə görürük ki, hər 100 min vətəndaşa 28 vəkil düşür. Biz bu göstəricələr üzrə Avropadan geridəyik. Azərbaycanda hər 100 min vətəndaşa 1,5 notarus düşür. Hakimlərin sayında da Avropadan iki dəfə aşağıdayıq. Yalnız prokurorluq orqanları əməkdaşlarının sayında digər Avropa ölkələri ilə bərabərlik müşahidə edilir".