Əbülfət Rzayev: Sosial platformaların tənzimlənməsi üçün hüquqi baza yaradılmalıdır
- 20 fevral, 2026
- 17:49
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda sosial platformaların tənzimlənməsi üçün hüquqi baza yaradılmalıdır.
"Report" xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Əbülfət Rzayev Azərbaycan Hakimlərinin II Forumu çərçivəsində panel müzakirədə deyib.
Onun sözlərinə görə, indiki hüquqi normalarla səmərəli fəaliyyət mümkün deyil:
"Faktiki olaraq, hüquqi cəhətdən zəif tənzimlənən sosial şəbəkənin artan təhlükəsi, onun aktiv cinayət platformalarına çevrilməsi bu sahədə effektiv tədbirlərin gücləndirilməsini şərtləndirir. Fikir azadlığı, media kimi bəhanələrlə bu sahədə yetərincə tənzimlənmələr aparılmayıb. Nəzarətsiz qalmış belə şəbəkənin daha da genişlənməsi, onların fəaliyyətinin ailə və şəxsiyyət dəyərlərini deqradasiyaya uğratması bəzi ölkələrdə sosial platformaların hüquqi tənzimlənməsinə gətirib çıxarıb. Bu baxımdan ölkəmizdə də sosial platformaların tənzimlənməsi üçün mövcud hüquqi baza yaradılmalıdır".