DTX-nin hərbi qulluqçularına ali hərbi rütbələr verilib - SİYAHI

Daxili siyasət
  • 27 mart, 2019
  • 08:17
DTX-nin hərbi qulluqçularına ali hərbi rütbələr verilib - SİYAHI

Prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

"Report"un xəbərinə görə, sərəncamla Dövlət Təhlükəsizliyi Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:

general-leytenant ali hərbi rütbəsi

general-mayor İsmayıl Məmmədəli oğlu Bağırova

general-mayor ali hərbi rütbəsi

polkovnik Araz Süleyman oğlu Əhmədova

polkovnik Zaur Aydın oğlu Əliyevə

polkovnik Sultan Cavanşir oğlu Fərzəliyevə.

44 - Tezliklə