Dövlət Xidmətinin şöbə rəisi şəhid ailələrini ziyarət edib
- 30 dekabr, 2022
- 07:01
Yeniliklərdən dərhal xəbərdar olun!
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibətilə Ucar rayonunda şəhid ailələri ziyarət olunub.
"Report"un xəbərinə görə, ziyarətdə Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinin rəisi Ceyhun Əliyev iştirak edib.
Onlar Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanının müvafiq sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə" ordenini Vətən müharibəsi şəhidləri - Ağayusif Mübariz oğlu Əliyevin və Fikrət Elşad oğlu Məmmədovun ailə üzvlərinə təqdim ediblər.
Sonda şəhid ailələri dövlətimizin onlara olan qayğısından razılıqlarını bildiriblər və 2023-cü ilin xalqımız üçün daha da uğurlu olmasını diləyiblər.
Qeyd edək ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibətilə ənənəvi olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsi tərəfindən ziyarətlər təşkil olunub.