Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Şəhidlər xiyabanını ziyarət edib

Daxili siyasət
  • 19 yanvar, 2016
  • 12:53
Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Şəhidlər xiyabanını ziyarət edib

Bakı. 19 yanvar. REPORT.AZ/ Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib.

"Report" xəbər verir ki, DTX rəisi, general-leytenant Mədət Quliyevin iştirakı ilə keçirilən tədbirdə şəhidlərin məzarı önünə güllər düzülüb. Daha sonra “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.