Dövlət Komitəsi: "Qarabağ və Şərqi Zəngəzurda potensial işçi qüvvəsi müəyyənləşdirilir"

Daxili siyasət
  • 29 dekabr, 2023
  • 13:53
Dövlət Komitəsi: Qarabağ və Şərqi Zəngəzurda potensial işçi qüvvəsi müəyyənləşdirilir

Sorğular əsasında Qarabağ və Şərqi Zəngəzurda sahə və ərazilər (şəhər və kəndlər) üzrə potensial işçi qüvvəsi müəyyənləşdirilir.

Bunu "Report"a müsahibəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev deyib.

O bildirib ki, bərpa edilən və yeni salınan yaşayış məntəqələrinə köçürülən vətəndaşların məşğulluq məsələsi aidiyyəti qurumların diqqət mərkəzindədir: "Onlarla görüşlər keçirilir, bilik, bacarıq, məşğulluq imkanları öyrənilir. Həm qadınlar, həm də kişilər peşə qabiliyyətlərinə uyğun olaraq işlə təmin edilirlər.

Dövlət Komitəsinin keçirdiyi sorğular zamanı hazırkı və Böyük Qayıdışdan sonrakı dövrdə məcburi köçkünlərin məşğulluğunun təmin olunması ilə bağlı sorğular aparılır, təkcə respondentin özünün deyil, həmçinin onun ailə üzvlərinin təhsil və məşğulluq vəziyyəti öyrənilir. Sorğular vasitəsilə məcburi köçkünlərin hansı sektorda, hansı sahədə işləmək arzusunda olduqları müəyyənləşdirilir".

İ.Mirzəyev söyləyib ki, Dövlət Komitəsi müxtəlif yerli və beynəlxalq təşkilatlarla birgə də əhalinin məşğulluğuna dəstək, onların yeni peşə bacarıqlarına yiyələnməsi, yaxud ənənəvi bacarıqlarının inkişaf etdirilməsi üçün layihələr icra edir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyevin geniş müsahibəsini buradan oxuya bilərsiniz.