Deputat: Beynəlxalq hüquqa əsaslanan Qərbi Azərbaycanla bağlı fəaliyyətimiz real nəticə verəcək
- 22 oktyabr, 2025
- 12:32

Beynəlxalq hüquqa əsaslanan Qərbi Azərbaycanla bağlı fəaliyyət real nəticə verəcək.
"Report" xəbər verir ki, bunu Milli Məclisin Gənclər və İdman Komitəsinin və Qərbi Azərbaycan İcmasının Gənclər şurasının sədri Şahin İsmayılov Qərbi Azərbaycan İcması (QAİ) və "Regional İnkişaf" İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə təşkil olunan "Qərbi Azərbaycan: Tarixin izi ilə" layihəsinə həsr olunmuş tədbir çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Deputat Qərbi Azərbaycan məsələsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında ediləcəyinə əminliyini vurğulayıb:
"Biz əminik ki, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq həyata keçirdiyimiz Qərbi Azərbaycan istiqamətindəki fəaliyyətimiz mütləq şəkildə real nəticələ verəcək".