Davud Rüstəmov: Süni intellektlə törədilən təxribat cinayətlərinin miqyasında artım var

Daxili siyasət
  • 10 oktyabr, 2025
  • 14:58
Davud Rüstəmov: Süni intellektlə törədilən təxribat cinayətlərinin miqyasında artım var

Dünyada süni intellektdən istifadə edilməklə törədilən təxribat cinayətlərinin miqyasında diqqətçəkən artım dinamikası müşahidə edilir.

"Report" xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov "Kritik İnfrastrukturun Müdafiə Yarışı" (CIDC-2025) tədbiri çərçivəsində təşkil olunmuş konfransda deyib.

O, son zamanlar bütün sahələrdə müşahidə edilən süni intellekt həllərinin tətbiqinə dair artmaqda olan tendensiyanı vurğulayıb.

D.Rüstəmov süni intellektin cinayət məqsədləri üçün istifadəsinə dair maraqların da sürətlə artdığı barədə danışıb. O, süni intellektdən istifadə edilməklə həyata keçirilən kibercinayətkarlıq və eləcə də müxtəlif növ cinayət hallarının DTX tərəfindən nəzarətdə saxlanıldığını deyib:

"Qeyd edilməlidir ki, dünyada süni intellektdən istifadə edilməklə törədilən təxribat cinayətlərinin miqyasında diqqətçəkən artım dinamikası müşahidə edilir. Əməliyyat şəraitinə nəzarət zamanı əldə olunan təcrübə, eləcə də tərəfdaş xarici xüsusi xidmət orqanları ilə aparılan əməkdaşlıq çərçivəsində bu qənaət daha da güclənməkdədir. Xaricdə aparılan araşdırmaların birində Böyük Dil Modelinin (LLM – Large Language Model) qanunsuz istifadəsinə dair hallar aşkar edilib. Bu da cinayətkar şəbəkələrə təxribat cinayətlərinin törədilməsində mürəkkəb ssenarilər hazırlamağa imkan verir".

Son xəbərlər

Bütün Xəbər Lenti