Daşaltı şəhidinin qardaşı: "Onun taleyi haqqında 31 il sonra məlumat ala bildik"

Daxili siyasət
  • 25 avqust, 2023
  • 09:08
Daşaltı şəhidinin qardaşı: Onun taleyi haqqında 31 il sonra məlumat ala bildik

"Ötən 31 il ərzində qardaşımdan bir xəbər ala bilməmişdik, axır ki, nəşi belə olsa, qardaşımıza qovuşa bildik".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Birinci Qarabağ müharibəsi zamanı Daşaltıda itkin düşmüş, 31 il sonra meyit qalıqları tapılmış Nurəli Hacıbaba oğlu Abdullayevin qardaşı Hacıəli Abdullayev deyib.

Onun sözlərinə görə, qardaşı döyüşlərə könüllü olaraq yollanıb: "Atamın oğul dərdi ilə gözləri tutuldu. Anam oğul həsrəti çəkə-çəkə dünyasını dəyişdi. Gözümüz 31 il ərzində yollarda qalmışdı. İndi məzarını ziyarət edəcəyimiz bir qardaşımız var".

Qeyd edək ki, Birinci Qarabağ müharibəsi zamanı Daşaltıda itkin düşmüş, 31 il sonra meyit qalıqları tapılmış Nurəli Hacıbaba oğlu Abdullayev bu gün Bülbülə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn edilib.

44 filmi