Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri deputatlığa namizədliyini irəli sürüb

Daxili siyasət
  • 25 dekabr, 2019
  • 10:11
Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri deputatlığa namizədliyini irəli sürüb
Tural Gəncəliyev

"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı icması"nın rəhbəri Tural Gəncəliyev deputatlığa namizədliyini irəli sürüb.

"Report" xəbər verir ki, o, 122 saylı Xankəndi seçki dairəsindən parlament seçkisinə qatılıb.

Qeyd edək ki, Milli Məclisə seçkilər 2020-ci ilin fevralın 9-da keçiriləcək.  

44 - Tezliklə