Dağıstanın daxili işlər naziri Azərbaycana gəlib

Daxili siyasət
  • 05 dekabr, 2016
  • 17:26
Dağıstanın daxili işlər naziri Azərbaycana gəlib

Quba. 5 dekabr. REPORT.AZ/ Rusiya Federasiyasının Dağıstan Respublikasının daxili işlər naziri Abdulrəşid Maqomedov bu gün Azərbaycana səfərə gəlib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, o, Qusar rayonunun Rusiya ilə sərhəddə yerləşən Samur sərhəd-keçid məntəqəsində qarşılanıb.

A.Maqomedov və onu müşayiət edən şəxslər sərhəddən Bakıya yola düşüblər. Səfərin rəsmi və ya qeyri-rəsmi olması barədə açıqlama verilməyib.

Xatırladaq ki, Dağıstanın daxili işlər naziri Abdulrəşid Maqomedov bu il oktyabrın 22-də Quba şəhərində sərhədyanı ərazilərdə daxili işlər orqanlarının və polisin qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi üzrə Azərbaycan Respublikası və Rusiya Federasiyası Daxili İşlər nazirliklərinin İxtisaslaşdırılmış İşçi Qrupunun növbəti iclasında da iştirak edib.

44 - Tezliklə