Ciddi rejimli cəzaçəkmə müəssisəsindən 8 məhkum azadlığa buraxılıb

Daxili siyasət
  • 17 mart, 2019
  • 07:14
Ciddi rejimli cəzaçəkmə müəssisəsindən 8 məhkum azadlığa buraxılıb

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub.

“Report”un əməkdaşı xəbər verir ki, cəzaçəkmə müəssisəsindən 8 nəfər azadlığa buraxılıb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin rəis müavini Məhərrəm Qafarov bildirib ki, 1 saylı cəzaçəkmə müəssisəsi ciddi rejimli cəzaçəkmə müəssisədir.

Qeyd olunub ki, burada cəza çəkən şəxslər əvvəllər də cinayət törədən şəxslərdir.

Xatırladaq ki, Prezident İlham Əliyevin martın 16-da imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı, ümumilikdə, 431 nəfərə şamil olunub.

Foto: Rəşad Tuncay