Ceyhun Bayramov Xarici İşlər naziri təyin edilib

Daxili siyasət
  • 16 iyul, 2020
  • 11:17
Ceyhun Bayramov Xarici İşlər naziri təyin edilib
Ceyhun Bayramov

Azərbaycan Prezidenti İlham Əliyev yeni Xarici İşlər nazirinin təyin edilməsi haqqında sərəncam imzalayıb. 

"Report" xəbər verir ki, sərəncama əsasən, Ceyhun Əziz oğlu Bayramov Azərbaycanın Xarici işlər naziri təyin edilib. 

Dövlət başçısının digər sərəncamı ilə C.Bayramov Təhsil naziri vəzifəsindən azad olunub.