Cəlilabad və Biləsuvarda bələdiyyə seçkiləri üzrə səsvermə keçirilir

Daxili siyasət
  • 23 dekabr, 2019
  • 08:20
Cəlilabad və Biləsuvarda bələdiyyə seçkiləri üzrə səsvermə keçirilir

Cəlilabad və Biləsuvar rayonlarında da bələdiyyə seçkiləri keçirilir.

"Report"un Muğan bürosu xəbər verir ki, Cəlilabad rayonunda 3, Biləsuvar rayonunda isə 1 dairə seçki komissiyası fəaliyyət göstərir.

Belə ki, 67 saylı Cəlilabad Şəhər Seçki Dairəsində 37 məntəqə fəaliyyət göstərir. Bu məntəqələrdə 40 710 nəfər səs verəcək. Onlardan da 246 nəfəri ilk dəfə səs verən gənclərdir.

Eyni zamanda 68 saylı Cəlilabad Kənd Seçki Dairəsində isə 34 məntəqədə səsvermə prosesi keçirilir. Bu məntəqələrdə 40 680 nəfər səs verəcək. Onlardan da 336 nəfər seçici ilk dəfə səs verən gənclərdir. Eyni zamanda bu dairədə bir seçicinin yaşı yüzdən yuxarıdır.

Bundan başqa, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar Seçki Dairəsində 16 məntəqə Cəlilabad, 8 məntəqə isə Biləsuvar rayonunun payına düşür. Birincinin ərazisinə düşən məntəqələrdə, ümumilikdə, 18 927 nəfər səs verəcək və 130 seçici ilk dəfə səsvermə prosesinə qatılacaq. İkincisində isə səsvermə prosesinə 9 120 nəfər qatılacaq.

Həmçinin 66 saylı Biləsuvar Seçki Dairəsində 44 məntəqədə, ümumilikdə, 49 220 nəfər səs verəcək. Onlardan da 629 nəfəri ilk dəfə səs verəcək.