Şükürbəyliyə yola salınan köç karvanı kəndə çatıb, açarlar təqdim olunub - YENİLƏNİB-2
- 06 iyul, 2026
- 14:48
Yeniliklərdən dərhal xəbərdar olun!
Cəbrayıl rayonunun Şükürbəyli kəndinə yola salınan köç çatıb.
"Report" xəbər verir ki, ailələrə mənzillərin açarları təqdim olunub.
Mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Cəbrayıl rayonunun Şükürbəyli kəndinə yola salınan köç karvanı ünvana çatıb.
"Report" xəbər verir ki, bu mərhələdə 46 ailə doğma yurduna qovuşub.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
"Report" xəbər verir ki, bu mərhələdə Cəbrayıl rayonunun Şükürbəyli kəndinə 46 ailə - 223 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.