Horovlu kəndinə daha 22 ailə köçürülüb, açarlar təqdim edilib – YENİLƏNİB-2

Daxili siyasət
  • 15 dekabr, 2025
  • 13:36
Horovlu kəndinə daha 22 ailə köçürülüb, açarlar təqdim edilib – YENİLƏNİB-2

Növbəti köç karvanı Cəbrayıl rayonunun Horovlu kəndinə çatıb, sakinlərə mənzillərin açarları təqdim olunub.

"Report" xəbər verir ki, açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.

Qeyd edək ki, bu mərhələdə Horovlu kəndinə 22 ailə (85 nəfər) köçürülüb.

Növbəti köç karvanı Cəbrayılın Horovlu kəndinə çatıb.

"Report"un məlumatına görə, bu gün daha 22 ailə (85 nəfər) öz doğma yurduna gəlib.

Qeyd edək ki, Horovlu kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə böyük qayıdış davam etdirilir.

"Report" xəbər verir ki, bu mərhələdə Cəbrayıl rayonunun Horovlu kəndinə daha 22 ailə (85 nəfər) köçürülüb.

Horovlu kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.

Son xəbərlər

Bütün Xəbər Lenti