Cəbi Bəhramov: Aslan Aslanovun kitabının hər səhifəsində qiymətli sənədlər yer alır

Daxili siyasət
  • 30 iyun, 2026
  • 16:48
Cəbi Bəhramov: Aslan Aslanovun kitabının hər səhifəsində qiymətli sənədlər yer alır

"Heydər Əliyevin dövlətçilik və diplomatiya dərsləri. 1-ci kitab" adlı kitab tarixçilər üçün önəmli mənbədir.

"Report"xəbər verir ki, bunu AMEA-nın Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri Cəbi Bəhramov adıçəkilən kitabın təqdimat mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu kitab həm Azərbaycanın düşmənlərinə, həm də dostlarının sevincinə cavab olan bir vəsaitdir:

"Aslan Aslanov nə görübsə, onu kitaba daxil edib. Bu kitabda yazılanları şahidlər də təsdiq edir. Müasir tariximiz üçün bu kitab çox böyük əhəmiyyət təşkil edir. Bu kitab tarixçilər üçün də mühüm mənbədir".

O əlavə edib ki, kitabın hər səhifəsində Azərbaycanın müasir tarixinə aid qiymətli sənədlər var.

44 - Tezliklə