Cari ilin altı ayı ərzində Azərbaycanda yaşamaq hüququ almaq üçün 33 mindən artıq müraciət olunub

Daxili siyasət
  • 26 iyul, 2024
  • 06:50
Cari ilin altı ayı ərzində Azərbaycanda yaşamaq hüququ almaq üçün 33 mindən artıq müraciət olunub

Cari ilin I yarımili ərzində Azərbaycanda yaşam hüququ almaq üçün Dövlət Miqrasiya Xidmətinə (DMX) 33 min 536 müraciət edilib.

"Report" xəbər verir ki, bu barədə DMX-nin məlumatında deyilir.

Qeyd olunub ki, hesabat dövründə inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 9 min 415 qərar qəbul olunub. Bu qərarlardan 4 min 796-ı şəxsi Azərbaycandan çıxarmadan tətbiq edilib.

Tətbiq olunan cəriməni ödəməklə 2 min 379 nəfər ölkə ərazisini tərk etmək barədə müraciət edib.

44 - Tezliklə