İlin ilk beş ayında Azərbaycanda nikah və boşanmaların sayı azalıb

Daxili siyasət
  • 21 iyul, 2026
  • 10:00
İlin ilk beş ayında Azərbaycanda nikah və boşanmaların sayı azalıb

Bu ilin ilk beş ayında (yanvar-may) Azərbaycanda nikah və boşanmaların sayı azalıb.

Bu barədə "Report"a Dövlət Statistika Komirəsindən məlumat verilib.

Bildirilib ki, cari ilin ilk beş ayında 15 107 nikaha daxilolma və 8 087 boşanma halları qeydə alınıb.

2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə nikahların sayı azalaraq 4,7-dən 3,6-ya, boşanmaların sayı isə 2-dən 1,9-a düşüb.