Bu günədək Azərbaycan vasitəsilə 48 ölkənin 1424 vətəndaşı İrandan təxliyə olunub - YENİLƏNİB-2
- 05 mart, 2026
- 20:50
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlar səbəbindən İrandan ümumilikdə 1424 nəfər Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.
"Report"un əldə etdiyi məlumata əsasən, onlar 48 ölkənin vətəndaşlarıdır.
Belə ki, fevralın 28-i saat 08:00-dən martın 5-i saat 20:00-a qədər sərhədi 273 Azərbaycan vətəndaşı keçib.
Bundan əlavə, Çinin 423, Rusiyanın 262, Tacikistanın 138, Pakistanın 90, Omanın 46, İtaliyanın 31, İspaniyanın 20, Səudiyyə Ərəbistanının 18, İranın 11, Gürcüstanın 11, Braziliyanın 8, Belarus 7, Birləşmiş Ərəb Əmirlikləri, Slovakiyanın hərəsinin 6, Serbiya və Nigeriyanın hərəsinin 5, İordaniya, Qazaxıstan, İsveçrə və Yaponiyanın hərəsinin 4, Qətər, Banqladeş, Özbəkistan, Meksika, Filippin, Fransa, Türkiyə, Xorvatiyanın hərəsinin 3, Nepal, Qırğızıstan, Yəmən, Çexiya, Böyük Britaniyanın hərəsinin 2, Polşa, Tunis, Livan, Hindistan, Myanma, Maldiv adaları, Kuba, Cənubi Afrika, Ukrayna, İsveç, Kanada, Almaniya, Belçika və Vatikanın hərəsinin 1 vətəndaşı Azərbaycanın sərhədi vasitəsilə İrandan təxliyə olunub.
ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlar səbəbindən İrandan ümumilikdə 1341 nəfər Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.
"Report"un əldə etdiyi məlumata əsasən, onlar 46 ölkənin vətəndaşlarıdır.
Belə ki, fevralın 28-i saat 08:00-dən martın 5-i saat 18:00-a qədər sərhədi 273 Azərbaycan vətəndaşı keçib.
Bundan əlavə, Çinin 402, Rusiyanın 262, Tacikistanın 111, Pakistanın 88, Omanın 46, İspaniyanın 20, Səudiyyə Ərəbistanının 18, İranın 11, Gürcüstanın 10, Braziliyanın 8, Belarus 7, Birləşmiş Ərəb Əmirlikləri, Slovakiyanın hərəsinin 6, Serbiya və Nigeriyanın hərəsinin 5, İordaniya, İsveçrə və Yaponiyanın hərəsinin 4, Qətər, Banqladeş, Fransa, Özbəkistan, Meksika, Filippin, Qazaxıstan, Türkiyə, Xorvatiyanın hərəsinin 3, Nepal, İtaliya, Qırğızıstan, Yəmən, Çexiya, Böyük Britaniyanın hərəsinin 2, Polşa, Tunis, Livan, Hindistan, Myanma, Maldiv adaları, Kuba, Cənubi Afrika, Ukrayna, İsveç, Kanada və Almaniyanın hərəsinin 1 vətəndaşı Azərbaycanın sərhədi vasitəsilə İrandan təxliyə olunub.
ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlar səbəbindən İrandan ümumilikdə 1317 nəfər Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.
"Report"un əldə etdiyi məlumata əsasən, onlar 45 ölkənin vətəndaşlarıdır.
Belə ki, fevralın 28-i saat 08:00-dən martın 5-i saat 10:00-a qədər sərhədi 259 Azərbaycan vətəndaşı keçib.
Bundan əlavə, Çinin 401, Rusiyanın 259, Tacikistanın 109, Pakistanın 88, Omanın 46, İspaniyanın 20, Səudiyyə Ərəbistanının 18, İranın 11, Gürcüstanın 9, Braziliyanın 9, Belarus 7, Birləşmiş Ərəb Əmirlikləri, Slovakiyanın hərəsinin 6, Serbiya və Nigeriyanın hərəsinin 5, İordaniya, İsveçrə və Yaponiyanın hərəsinin 4, Qətər, Banqladeş, Fransa, Özbəkistan, Meksika, Filippin və Qazaxıstanın hərəsinin 3, Nepal, Türkiyə, İtaliya, Qırğızıstan, Yəmən, Çexiya, Böyük Britaniya və Xorvatiyanın hərəsinin 2, Polşa, Tunis, Livan, Hindistan, Myanma, Maldiv adaları, Kuba, Cənubi Afrika, Ukrayna, İsveç və Almaniyanın hərəsinin 1 vətəndaşı Azərbaycanın sərhədi vasitəsilə İrandan təxliyə olunub.