Bu dairənin seçiciləri məşhur biznesmeni dəstəkləyir - VİDEO

Daxili siyasət
  • 30 yanvar, 2020
  • 13:17
Bu dairənin seçiciləri məşhur biznesmeni dəstəkləyir - VİDEO

Milli Məclisin VI çağırış seçkilərinə namizədliyini irəli sürmüş şəxslərin təbliğat - təşviqat kampaniyası sürətlə davam edir.

"Report" xəbər verir ki, 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən namizədliyini vermiş "Zaferoğlu İnşaat" şirkətinin rəhbəri Zəfər Məmmədov gəncəlilərlə növbəti görüşünü keçirib.

Görüşlərdə seçicilərin problemlərini dinləyən, onların sosial vəziyyəti, rifahı ilə maraqlanan Zəfər Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən aparılan uğurlu islahatlardan və görülmüş işlərin əhəmiyyətindən bəhs edib. Qısa müddət ərzində seçicilərinin etibarını, inamını qazanan namizəd bu fəallığın seçkilərdə də olacağına və qalib gələcəyi təqdirdə hər birinin etimadını doğruldacağına söz verib.

Xatırladaq ki, parlamentin dekabrın 2-də keçirilən plenar iclasında hakim Yeni Azərbaycan Partiyasının deputatlarının Milli Məclisin buraxılması ilə bağlı təşəbbüsü ilə bağlı qərar qəbul edilib. Prezident İlham Əliyev dekabrın 5-də Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışının buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.

Bu dairənin seçiciləri məşhur biznesmeni dəstəkləyir - VİDEO

Bu dairənin seçiciləri məşhur biznesmeni dəstəkləyir - VİDEO