BQXK ekshumasiya prosesi mövzusunda təlim keçirib
- 01 fevral, 2022
- 12:43
Yeniliklərdən dərhal xəbərdar olun!
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi ilə birlikdə Azərbaycanın aidiyyəti hakimiyyət orqanları və dövlət qurumları üçün “Ekshumasiya prosesi” mövzusunda nəzəri və praktiki təlim təşkil edib.
BQXK-dən "Report"a bildirilib ki, sözügedən təlimin məqsədi nəzəri və praktiki biliklərin aşılanması vasitəsilə qazıntı işlərinin aparılması və insan qalıqlarının götürülməsi üçün görülən ilkin tədbirlər daxil olmaqla, məhkəmə arxeologiyası sahəsindəki ən qabaqcıl təcrübələri təbliğ etməkdir.
Qeyd olunub ki, kimliyin müəyyən edilməsi prosesinin ən mühüm və çətin mərhələləri itkin düşmüş şəxslərin axtarışı və insan qalıqlarının götürülməsidir.
Təlimçilər dünya şöhrətli məhkəmə-tibbi ekspertləri Dr. Mariya Mersedes Salado Puerto və Dr. Derek C.Benediks idi.
Qeyd: Nəzərinizə çatdırmaq istərdik ki, fotoşəkillərdəki insan qalıqları real deyil.