Növbəti köç karvanı Məmmədbəyli kəndinə çatıb, açarlar təqdim olunub - YENİLƏNİB

Daxili siyasət
  • 28 noyabr, 2025
  • 14:05
Növbəti köç karvanı Məmmədbəyli kəndinə çatıb, açarlar təqdim olunub - YENİLƏNİB

Növbəti köç karvanı Zəngilan rayonunun Məmmədbəyli kəndinə çatıb, sakinlərə açarlar təqdim edilib.

"Report"un məlumatına görə, bununla kəndə 33 ailə (177 nəfər) köçürülüb.

Növbəti köç karvanı Zəngilan rayonunun Məmmədbəyli kəndinə çatıb.

"Report"un məlumatına görə, kəndə çatan sakinlərin qarşılanma mərasimi baş tutub.

Bu mərhələdə Məmmədbəyli kəndinə 33 ailə (177 nəfər) köçürülüb.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

"Report" xəbər verir ki, Zəngilan rayonunun Məmmədbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Zəngilan rayonunun Məmmədbəyli kəndinə 33 ailə - 177 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Son xəbərlər

Bütün Xəbər Lenti