Şəkidə Birinci Qarabağ müharibəsinin şəhidi Səbuhi Süleymanov dəfn edilib - YENİLƏNİB

Daxili siyasət
  • 05 iyun, 2024
  • 12:03
Şəkidə Birinci Qarabağ müharibəsinin şəhidi Səbuhi Süleymanov dəfn edilib - YENİLƏNİB

Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Səbuhi Yamən oğlu Süleymanovlə Şəki rayonunun Cəfərabad kəndində keçirilən vida mərasimi başa çatıb.

"Report"un yerli bürosunun məlumatına görə, şəhidin nəşi Şəki rayonunun Cəfərabad kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Şəki Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

15:31

Tərtər rayonunun Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş, Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Səbuhi Yamən oğlu Süleymanovun meyitinin qalıqları Şəki rayonuna gətirilib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, şəhidin nəşi rayonun Cəfərabad kəndində ailəsinə təhvil verilib.

Hazırda kənddə şəhidlə vida mərasimi keçirilir.

S.Süleymanov Cəfərabad kənd qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Süleymanov Səbuhi Yamən oğlu 1972-ci ildə Şəki rayonunun Cəfərabad kəndində anadan olub. O, 1992-ci ilin noyabr-dekabr aylarında Ağdərə rayonu ərazisində itkin düşüb.