Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü münasibəti ilə müsabiqə elan edilib
Daxili siyasət
- 29 avqust, 2020
- 08:48
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Xarici İşlər Nazirliyi və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyi 30 avqust Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü münasibəti ilə tələbələr arasında “İtkin düşmüş şəxslər probleminin beynəlxalq humanitar hüquq standartları və mexanizmləri vasitəsilə cavablandırılması” mövzusunda məqalə müsabiqəsi elan edir.
"Report" müsabiqənin şərtlərini təqdim edir:
- Müsabiqə Azərbaycanda bütün ali məktəb tələbələri və yeni məzunlar üçün açıqdır (məzuniyyətdən 12 aydan çox keçməmək şərti ilə);
- Məqalə ingilis dilində yazılmalıdır;
- Texniki tələblər: məqalə MS Word (.doc or .docx) və ya PDF (.pdf) formatında təqdim edilməlidir; şrift - Arial; şriftin ölçüsü - 12; məsafə – 1.15; sözlərin sayı - 3,000 və 4,000 arası (təxminən 5-7 səhifə, A4 format);
- Bir şəxs tərəfindən yalnız bir məqalə təqdim edilə bilər;
- Məqalə tərcümeyi-hal və əlaqə ünvanları (telefon nömrəsi, poçt və elektron poçt ünvanı) ilə birlikdə baku@icrc.org ünvanına göndərilməlidir;
- Elektron məktub “Məqalə müsabiqəsi” başlığı ilə göndərilməlidir;
- Məqalələrin göndərilməsi üçün son tarix sentyabrın 30-dur.
Qaliblər oktyabrın 12-dən sonrakı həftə ərzində açıqlanacaq. Mükafata gəlincə, ən yaxşı üç məqalənin müəllifinə diplom və öz seçimləri əsasında beynəlxalq hüquq üzrə təhsil proqramında iştirak üçün təqaüd veriləcək. Proqrama dekabrın 10-dək müraciət edilməli və ödəniş haqqı 1000 manatdan (və ya ekvivalenti) artıq olmamalıdır.
Son xəbərlər
15:27
"Real"ın qapıçısı "Barselona" ilə oyunu buraxacaq
Futbol
15:07
Foto
Yeniyetmə güləşçilər arasında Naxçıvan birinciləri müəyyənləşib
Komanda
15:00
Almaniya "İstəklilər koalisiyası"nın ilk hərbi təlimlərində iştirak edəcək
Digər ölkələr
14:40
İsrail ordusu Qəzza zolağında HƏMAS-ın silah anbarını məhv edib
Digər ölkələr
14:32
Səudiyyə Ərəbistanı husilərin atdığı 10 ballistik raketi məhv edib
Digər ölkələr
14:21
"Barselona" "Yuventus"un müdafiəçisi ilə maraqlanır
Futbol
14:17
Foto
Video
Naxçıvanın yüksək dağlıq ərazilərinə qar yağıb
Ekologiya
14:13
İspaniyanın Baş naziri: İrandakı müharibə Avropaya 100 milyard avrodan çox zərər vurub
Digər ölkələr
13:51
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Ekologiya