Əli Əsədov Qətərin Baş prokuroru ilə görüşüb
Daxili siyasət
- 29 iyun, 2022
- 10:10
Azərbaycanın Baş naziri Əli Əsədov iyunun 29-da Qətər Dövlətinin Baş prokuroru İssa bin Səad əl-Nuaimi ilə görüşüb.
Nazirlər Kabinetindən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycan-Qətər münasibətlərinin müxtəlif istiqamətlərdə inkişaf etdiyi məmnunluqla vurğulanıb.
İki ölkənin prokurorluq orqanları arasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib.
Həmçinin Azərbaycan-Qətər əlaqələrinin bir çox istiqamətlərdə genişləndirilməsi perspektivləri müzakirə olunub.
Görüşdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov və Nazirlər Kabineti Aparatının struktur rəhbərləri iştirak ediblər.
Son xəbərlər
07:48
"Barselona" "Atletiko"nun Alvareslə bağlı sərt açıqlamalarına cavab verib
Futbol07:22
ABŞ ilk dəfə narkotik kartelinin dronlarına qarşı lazer sistemindən istifadə edib
Digər ölkələr06:51
Uolts ticarət danışıqları zamanı ABŞ-nin Kanadaya qarşı tələblərini açıqlayıb
Digər ölkələr06:12
Avropa MTG-I2 meteoroloji peykini "Ariane 6" raketi ilə kosmosa göndərib
Digər ölkələr05:28
İlin son Ay tutulması başlayıb
Elm və təhsil05:26
Türkiyədə fermada 15 işçi qazdan zəhərlənib
Region05:03
MKİ direktoru Trampın göstərişi ilə Moskvada gizli görüş keçirib
Digər ölkələr04:48
İsveçrə ordusunu pilotsuz təyyarələr batalyonu ilə gücləndirəcək
Digər ölkələr04:13