TÜRKPA Bakıda "Heydər Əliyev və parlamentarizm" mövzusunda konfrans keçirilib - YENİLƏNİB

Daxili siyasət
  • 21 noyabr, 2023
  • 12:35
TÜRKPA Bakıda Heydər Əliyev və parlamentarizm mövzusunda konfrans keçirilib - YENİLƏNİB

Türkdilli Dövlətlərin Parlament Assambleyası (TÜRKPA) tərəfindən "Heydər Əliyev və parlamentarizm" və "TÜRKPA-nın 15-ci il dönümü: Keçmişin təcrübəsi, bu günün reallıqları və gələcək persoektivlər" mövzusunda iki konfrans keçirilib.

“Report” xəbər verir ki, hər iki konfransda türk dövlətlərinin parlament və səfirlik nümayəndələri, həmçinin digər rəsmilər, media mənsubları iştirak edib.

12:03

TÜRKPA-nın təşkilatçılığı ilə Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş "Heydər Əliyev və parlamentarizm" mövzusunda konfrans keçirilir.

"Report" xəbər verir ki, konfransın ikinci mövzusu TÜRKPA-nın 15-ci ildönümü ilə bağlıdır.

Belə ki, ikinci mövzu "TÜRKPA-nın 15-ci ildönümü: Keçmişin təcrübəsi, bu günün reallıqları və gələcək perspektivləri"nə həsr edilib.