Bakıdakı 3 nömrəli Uşaq İncəsənət Məktəbinə Gülarə Əliyevanın adı verilib

Daxili siyasət
  • 03 iyul, 2019
  • 10:02
Bakıdakı 3 nömrəli Uşaq İncəsənət Məktəbinə Gülarə Əliyevanın adı verilib

Bakı şəhərindəki 3 nömrəli Uşaq İncəsənət Məktəbinə Azərbaycan milli musiqi ifaçılıq sənətinin görkəmli nümayəndəsi, tanınmış bəstəkar, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Gülarə Əziz qızı Əliyevanın adı verilib.

"Report"un məlumatına görə, bu barədə Baş Nazir Novruz Məmmədov sərəncam imzalayıb.

Mədəniyyət Nazirliyinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.