“Qobu” yarımstansiyasında elektrik verilişi xətlərinin yenidən qurulması üçün 10 milyon manat ayrılıb
Daxili siyasət
- 20 dekabr, 2018
- 13:58
Bakı. 20 dekabr. REPORT.AZ/ Prezident İlham Əliyev “Yüksəkgərginlikli elektrik verilişi xətlərinin yenidən qurulması və yaxşılaşdırılması tədbirlərinin həyata keçirilməsi haqqında” sərəncam imzalayıb.
“Report” xəbər verir ki, sərəncamla “Qobu” yarımstansiyası üçün əlaqələndirici elektrik verilişi xəttinin tikintisi, 110 kV-luq elektrik verilişi xətlərinin və naqillərin yenilənməsi və əsaslı təmiri işlərinin görülməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə nizamnamə kapitalının artırılması üçün ilkin olaraq 10 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
Son xəbərlər
19:00
"Trabzonspor" baş məşqçisi Fatih Tekke ilə yollarını ayırıb
Futbol18:58
ANAMA ilə ARMAC mina fəaliyyətində əməkdaşlığı müzakirə edib
Xarici siyasət18:53
"Qəbələ"ni növbəti oyuna hazırlaşdıran mütəxəssislər açıqlanıb
Futbol18:40
Leyla Abdullayeva Paris merinə etiraz məktubu göndərib
Xarici siyasət18:36
Foto
Ərdoğan Bişkekdə Putinlə görüşüb
Region18:30
Atletika üzrə Azərbaycan millisinin üzvləri Göygöldə təlim-məşq toplanışına başlayıblar
Fərdi18:29
Qalibaf: Hörmüz boğazı İranın nəzarətindədir
Region18:01
Foto
Azərbaycan və Çin Xəzərdə mümkün enerji layihələrini müzakirə edib
Energetika17:51